Qanun layihəsinə əsasən, seçkilərin nəticələrinin yekunlaşdırılmasının müddəti 26 gündən 15 günə qədər azaldılır

10:19, 03.11.2026

 

Seçkilərin nəticələrinin yekunlaşdırılmasının müddəti 26 gündən 15 günə qədər azaldılır. Parlament Bürosunun dünənki iclasına təqdim olunan müvafiq dəyişikliklər “Seçki Məcəlləsi”nə daxil edilir.

Qanun layihəsinə əsasən, dairə seçki komissiyalarının səsvermə günündən başlayaraq ən geci 6-cı gün təsadüfi seçim prinsipi ilə ən çoxu beş seçki məntəqəsini müəyyən etmək və səsvermənin nəticələrini yenidən hesablamaq öhdəliyi artıq olmayacaq.

Dəyişikliklər munisipalitetlərin sakrebulolarının və merlərin seçkilərinin yekun nəticələrini dairə komissiyaları əvəzinə Mərkəzi Seçki Komissiyasının yekunlaşdıracağını və yekun protokolu da özünün dərc edəcəyini nəzərdə tutur.

Layihə ilə dəqiqləşdirilir ki, yeni seçilmiş sakrebulo, sakrebulo üzvlərinin və merlərin səlahiyyətlərinin başlanması müddəti seçkilərin nəticələrinin yekun protokolunun dərc edildiyi gündən 14-cü gün əvəzinə 9-cu gün olacaq.

Qanun layihəsi ilə seçkilərin təyin edildiyi gündən səsvermə günü də daxil olmaqla istifadə olunan vəsaitlər barədə Dövlət Audit Xidmətinə hesabatın təqdim edilməsi müddəti məsələləri də nəzərdə tutulub. Dəyişikliklərə əsasən, ilkin göstəricilərə görə seçkilərdə qanunla müəyyən edilmiş səslərin zəruri sayını toplayan subyekt qeyd olunan hesabatı səsvermə günündən hesablanmaqla ən geci 5-ci gün deyil, 12-ci gün təqdim edəcək.

Oxşar