Qanun layihəsinə əsasən, xarici qrantın alınması hökumətin və ya hökumət tərəfindən müəyyən edilmiş səlahiyyətli şəxsin razılığını tələb edəcək
Xarici qrantın alınması hökumətin və ya hökumət tərəfindən müəyyən edilmiş səlahiyyətli şəxsin razılığını tələb edəcək; razılıq olmadan verilmiş qrantın alınması qadağan ediləcək və məsuliyyət qoyulması ilə nəticələnəcək. Büronun bugünkü iclasında təşəbbüsü qaldırılan müvafiq dəyişikliklər “Qrantlar haqqında” qanuna daxil edilir. Dəyişikliklərə əsasən, hökumət tərəfindən qrantın verilməsi barədə razılığın bildirilməsi üçün on günlük müddət müəyyən edilir.
Hökumətin qərarından şikayət edilməsi onun fəaliyyətini dayandırmayacaq.
Qanun layihəsinə əsasən, qadağan olunmuş qrantın verilməsi və alınmasının monitorinqini Antikorrupsiya Bürosu həyata keçirəcək.
Qadağan olunmuş qrantın alınması, qrantı alan şəxsin həmin qrantın iki misli miqdarında cərimələnməsinə səbəb olacaq.
Bununla yanaşı, təşəbbüs istisnaları da müəyyən edir. Layihəyə əsasən, hökumətin məcburi razılığı qaydası beynəlxalq idman assosiasiyası, federasiya və komitə tərəfindən qrantın verilməsinə, Gürcüstan sərhədləri xaricində orta və ali təhsil almaq üçün və elmi işlər üçün verilən fərdi təqaüdlərə, eləcə də Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən qrantın verilməsinə şamil olunmur.