Qanun layihəsinə əsasən, "Gender bərabərliyi haqqında" qanunun adı dəyişdirilərək “Qadın və kişi bərabərliyi haqqında” qanun olacaq
Gürcü qanunvericiliyindən “gender” və “gender kimliyi” terminlərinin çıxarılması planlaşdırılır.
Müvafiq dəyişikliklərin həyata keçirilməsi məqsədilə “Gender bərabərliyi haqqında” qanunun adı dəyişdirilərək “Qadın və kişi bərabərliyi haqqında” qanun olacaq.
Dəyişikliklərə əsasən, qanunlarda mövcud “gender məsələləri” ifadəsi “Qadın və kişi bərabərliyi məsələləri” ifadəsi ilə, “gender dözümsüzlüyü” ifadəsi “qadın və kişi arasında bərabərliyə dözümsüzlik”lə əvəz ediləcək, qanunda istifadə olunan “gender baxımından həssas” sözləri “gender işarəsinə yönəlik həssas” sözləri ilə əvəz olunacaq.