“Qaxaria Gürcüstan Üçün” partiyasının Ninotsmində bələdiyyə şurasının proporsional siyahısının dörd üzvü partiyanı tərk etdi
“Qaxaria Gürcüstan Üçün” partiyasının Ninotsmində bələdiyyə şurasının proporsional siyahısının dörd üzvü partiyanı tərk etdi

“Qaxaria Gürcüstan Üçün” partiyasının Ninotsminda bələdiyyə şurasının proporsional siyahısının dörd üzvü partiyanı tərk edib.

Bu barədə siyahının birinci nömrəsi Sofiko Nikatsadze sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Qaxarianın partiyası zorakı planlarda iştirak edir ki, bu da onlar üçün qəbuledilməzdir.

“Komanda yoldaşlarım – Artur Tonakanyan, Nikolay Suxarukov və Vladislav Ananikyanla birlikdə, hansı ki, onlar müvafiq olaraq siyahının ikinci, üçüncü və dördüncü nömrələridirlər, biz “Lelo”nun üzvlərinə qoşuluruq. Onlar da cəsarət göstərərək öz partiyalarını tərk etdilər, çünki onun liderləri zorakılığı dəstəkləyirlər. Biz Qaxarianın partiyasını tərk edirik, çünki rəhbərlik, fərqli danışmasına baxmayaraq, zorakı planlarda iştirak edir və başqa perspektiv görmür”, – deyə Sofiko Nikatsadze bildirib.