"Qaxaria Gürcüstan üçün" – indi baş verənlər dinc etirazın gözdən salınmasıdır, Gürcüstan vətəndaşlarını radikal və dağıdıcı təxribatda iştirak etməməyə çağırırıq
"Qaxaria Gürcüstan üçün" – indi baş verənlər dinc etirazın gözdən salınmasıdır, Gürcüstan vətəndaşlarını radikal və dağıdıcı təxribatda iştirak etməməyə çağırırıq

İndi baş verənlər xalqın dinc etirazının gözdən salınmasıdır, zorakılıq qəbuledilməzdir, – bu barədə “Qaxaria Gürcüstan üçün” partiyasının bəyanatında deyilir.

Partiya vətəndaşlara müraciət edərək, radikal və dağıdıcı təxribatda iştirak etməməyə çağırır.

“Biz Gürcüstan vətəndaşlarını radikal və dağıdıcı təxribatda iştirak etməməyə çağırırıq. Bu hadisələrin idarəolunmaz proseslərə çevrilməsi yalnız Gürcüstan dövlətinin düşmənlərinin maraqlarına xidmət edir”, – partiyanın bəyanatında qeyd olunur.