"Qaxaria Gürcüstan Naminə"nin üzvləri ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüblər
"Qaxaria Gürcüstan Naminə"nin üzvləri ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüblər

 

“Qaxaria Gürcüstan Naminə” partiyasının üzvləri, Gürcüstan Parlamentinin deputatı Qiorqi Şaraşidze və Siyasi Şuranın üzvü Ana Buçukuri Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin nümayəndələri – Çarlz Yok və Peter Andreol ilə Gürcüstan Parlamentində görüşüblər.

“Qaxaria Gürcüstan Naminə” partiyası məlumatı yayır.

“Görüşdə “Qaxaria Gürcüstan Naminə” komandasının fəaliyyətini müzakirə ediblər, Gürcüstanın xarici siyasətinə, eləcə də partiya tərəfindən təşəbbüsü irəli sürülmüş Rusiya Federasiyası ilə qondarma Cənubi Osetiya Muxtar Respublikası arasında imzalanmış müqaviləyə reaksiya verilməsi haqqında qətnaməyə xüsusi diqqət yetirilib ki, bu barədə, təəssüf ki, “Gürcü Arzusu” indiyədək səsini çıxarmayıb” – partiya tərəfindən yayılmış məlumatda deyilir.