"Qaxaria Gürcüstan naminə" və "Lelo"nun Tbilisi merliyinə ümumi namizədi bu gün irəli sürüləcək
“Qaxaria Gürcüstan naminə” və “Lelo”nun Tbilisi merliyinə ümumi namizədi bu gün irəli sürüləcək. Bu barədə “Qaxaria Gürcüstan naminə”nin üzvü Tamar Kekenadze deyib.
O, ümumi namizədlə bağlı yekun razılaşmaya artıq nail olunduğunu bildirib. Kekenadzenin qeyd etdiyi kimi, Tbilisi merliyinə, eləcə də 64 munisipalitetin hamısında merliyə namizədlər yüksək etibarlılığı ilə seçilir.
“Son aylar və həftələr ərzində seçicilərimizə və Gürcüstan vətəndaşlarına dediyimiz kimi, “Lelo” ilə imzaladığımız memoranduma əsasən, bir daha təsdiqləyirik ki, bələdiyyə seçkiləri üçün bizim ümumi əsas vəzifəmiz Tbilisi, eləcə də bütün 64 munisipalitet miqyasında həm merliyə, həm də majoritarlığa namizədlər üzrə razılaşmanın baş tutmasıdır.
Artıq təsdiq edə bilərəm ki, Tbilisi merliyinə namizədlə bağlı razılıq əldə olunub. Bu, bizim iki partiya arasında çox normal, fəal iş prosesi idi və Tbilisi sakinləri ilə də çox fəal əməkdaşlıq və məsləhətləşmələrimiz oldu. Bu gün Tbilisidə bizim artıq ortaq razılaşdırılmış namizədin təqdimatı baş tutacaq, sonra isə 64 munisipalitetin hamısında merlik, eləcə də majoritarlıq istiqamətində namizədlərin razılaşdırılması paralel olaraq artıq davam edir və mərhələli şəkildə sizə bir-bir təqdim edəcəyik. Merliyə razılaşdırılmış namizədin kim olacağını hamımız birlikdə axşam, təqdimat zamanı öyrənəcəyik. Sizə deyə bilərəm ki, Tbilisi merliyinin, eləcə də 64 munisipalitetin hamısında merliyin əsas meyarları bir neçə olacaq – ilk növbədə, bu insanlar yüksək etibarlılığı ilə seçilən peşəkarlar olacaqlar” – Kekenadze bildirib.