"Qaxaria Gürcüstan Naminə" partiyasının 12 üzvünün deputatlıq səlahiyyətinə xitam verilib
"Qaxaria Gürcüstan Naminə" partiyasının 12 üzvünün deputatlıq səlahiyyətinə xitam verilib

 

“Qaxaria Gürcüstan Naminə” partiyasının üzvlərinin deputatlıq səlahiyyətlərinə xitam verilib.

Parlamentin üzvünün səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi məsələsinə dair qərarı bugünkü plenar iclasda qəbul ediblər.

Konkret olaraq, partiyanın aşağıdakı üzvlərinin deputatlıq səlahiyyətinə xitam verilib: Teona Akubardia, Ana Buçukuri, Qiorqi Qaxaria, Levan Qoqiçaişvili, Zaza Tavadze, Beka Liluaşvili, Natia Mezvrişvili, Berdia Sicinava, Kaxaber Kemoklidze, Roin Koçoraşvili, Dimitri Tskitişvili, Zviad Dzidziquri.

“Qaxaria Gürcüstan Naminə” partiyası parlament siyahısını geri çəkməyib, müvafiq olaraq onun 12 üzvü bu günə qədər Gürcüstan Parlamentinin üzvü sayılırdı. Parlamentin iclasında məsələnin məruzəçisinin qeyd etdiyi kimi, onların üzrlü səbəb olmadan Gürcüstan Parlamentinin iclaslarında iştirak etməməsi Qaxarianın partiyasının üzvlərinin deputatlıq səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsində əsas olub.