"Qaxaria Gürcüstan Naminə" partiyası ilə "Lelo – Güclü Gürcüstan" koalisiyası 4 oktyabr seçkilərində əməkdaşlıq haqda memorandum imzalayıblar
“Qaxaria Gürcüstan Naminə” partiyası ilə “Lelo – Güclü Gürcüstan” koalisiyası 2025-ci ilin 4 oktyabr yerli özünüidarəetmə seçkilərində qarşılıqlı əməkdaşlıq haqda memorandum imzalayıblar.
“Qaxaria Gürcüstan Naminə”nin icraçı katibi Berdia Sicinava və “Lelo – Güclü Gürcüstan”ın baş katibi İrakli Kupradze memorandumu imzalayıblar.
Berdia Sicinava partiyaların yerli özünüidarəetmə seçkilərində ümumi mübarizə barədə razılığa gəldiklərini bildirib.
“Siyasi birliyimiz və “Güclü Gürcüstan” koalisiyası razılaşma, memorandum və əməkdaşlığın ilkin prinsiplərini bəyan edir, bu da yerli özünüidarəetmə seçkilərində ümumi mübarizə, koordinasiya deməkdir” – Berdia Sicinava qeyd edib.