Qaçqınlar Agentliyi daha 300-ə qədər qaçqın ailəsinə kənddə ev alacaq
Qaçqınlar, ekomiqrantlar və yaşayış mənbələri ilə təmin etmə Agentliyi daha 300-ə qədər qaçqın ailəsinə kənddə ev alacaq.
Agentliyin məlumatına görə, məcburi köçkün ailələr evləri bütün Gürcüstan miqyası ilə seçəcəklər və bunun üçün də altı aylıq vaxtları olacaq.
2022-2024-cü illərdə “kənddə ev” layihəsi çərçivəsində, 5000 məcburi köçkün ailəsi məskunlaşdırılacaq. Qaçqınların yaşayış evi ilə təmin edilməsinin sürətləndirilməsi məqsədilə, komissiyanın iclası hər ayı keçirilir. “Kənddə ev” layihəsində iştirak etmə tələbi ilə qaçqın ailələr ərizəni istənilən zaman doldura bilərlər.