Qaçqınlar, ekomiqrantlar və yaşayış mənbələri ilə təmin etmə agentliyi təbii fəlakət nəticəsində zərərçəkmiş daha 160 ekomiqrant ailəsinə ev alacaq. Bu barədə məlumatı Qaçqınlar Agentliyi yayır.
Agentliyin direktoru, Besarion Simonişvilinin bəyanatına görə, əhəmiyyətlidir ki, hər bir ailə üçün ayrılmış məbləğ artırıldı və ekomiqrantlar bu faydalı dəyişikliklərdən istifadə edəcəklər.
“Ekomiqrant ailələrə, Gürcüstanın istənilən bölgəsində, yaşayaış evinin seçilməsi üçün bir aylıq müddət verilir. Seçilmiş evləin əksər hallarda torpaq sahələridə var. Bu da onlar üçün əlavə gəlir mənbəyini təşkil edir və inteqrasiya prosesinə imkanlar yaradacaq”, – Besarion Simonişvili bəyan etdi.
İdarənin məlumatına görə, son iki il ərzində, agentlik təbii fəlakət nəticəsində zərərçəkmiş 600-dən artıq ailəni məskunlaşdırdı. Ekomiqrantlar üçün təhlükəsiz yaşayış mühitinin yaradılması 2022-ci ildə də mühüm prioritetlərdən biri olaraq qalır.