Qafqaz Tibb Mərkəzində bildirirlər ki, patriarxın sağlamlıq vəziyyəti ilə bağlı göstəricilər hələ də diqqət tələb edir
Qafqaz Tibb Mərkəzində bildirirlər ki, patriarxın sağlamlıq vəziyyəti ilə bağlı göstəricilər hələ də diqqət tələb edir

Pasiyentin vəziyyəti hələ də ağırdır, konsilium toplanıb və ölkənin aparıcı reanimatoloqlarını bir araya gətirib. Faktiki olaraq hamı razılaşıb ki, hazırda aparılan bütün müalicə tədbirləri adekvatdır – bunu Qafqaz Tibb Mərkəzinin direktoru Sofo Aspanidze bildirib.

Aspanidzenin sözlərinə görə, reanimatoloqlar vəziyyəti izləyir və birgə fəaliyyət göstərirlər:

“Pasiyentə saatbasaat analizlər aparılır. Ümumiyyətlə, kritik tibbi şöbədə yerləşdirilən pasiyentlərə bu analizlər daha intensiv şəkildə aparılır. Göstəricilər hələ də kifayət qədər diqqət tələb edir. Hemodinamika əvvəlki kimi saxlanılır. Həkimlərin dəvəti ilə bağlı qərarı yəqin ki, nazirlik verməlidir, biz isə hər cür əməkdaşlığa, tam kooperasiyaya açığıq”, – deyə Aspanidze bildirib.