Putin ABŞ-a Rusiyanın Kiyevi eksperimental Oreşnik ballistik raketi ilə vuracağı və Qərbin hava hücumundan müdafiə sistemlərinin onu dəf etməyə çalışacağı “yüksək texnologiyalı duel” təklif edir

21:46, 19.12.2024

 
Rusiyanın Prezidenti Vladimer Putin ABŞ-a Rusiyanın Kiyevi eksperimental Oreşnik ballistik raketi ilə vuracağı və Qərbin hava hücumundan müdafiə sistemlərinin onu dəf etməyə çalışacağı “yüksək texnologiyalı duel” təklif edir.

Bu haqda Rusiyanın Prezidenti illik mətbuat konfransında bildirib.

Putin iddia edir ki, Qərbin Rusiyanın “Oreşnik” raketini vurmaq üçün silahı yoxdur.

“Qərbli ekspertlər əksini fikirləşirlərsə, o zaman bizə və Qərbdə onlara pul ödəyənlərə ABŞ-da texnoloji təcrübə keçirməyi, 21-ci əsrin yüksək texnologiyalı duelini təklif etsinlər. Hər hansı bir hədəfi müəyyən etsinlər. Məsələn, Kiyevdə, bütün hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini ora cəmləşdirsinlər, biz isə bu hədəfə “Oreşnik”lə zərbə endirək. Biz belə bir eksperimentə hazırıq. Qarşı tərəf hazırdırmı?” – Putin bildirib.

O, belə bir eksperimentin aparılmasının həm Rusiya, həm də Amerika üçün faydalı olacağını deyib.

Putin bu çıxışında eksperimental ballistik raketi “müasir silah” adlandırıb və bu raketin uçuş məsafəsinin 5,5 min kilometr olduğunu bildirib.

Məlumat üçün bildirək ki, dekabrın 10-da Pentaqonda Raket Əleyhinə Müdafiə Agentliyinin Quam adası yaxınlığında sınaq keçirdiyini və bu sınaq zamanı ilk dəfə olaraq orta mənzilli ballistik raketi vura bildiyini bildirmişdilər.

Oxşar