Pul təzminatı ilə təminat proqramı çərçivəsində məcburi köçkün ailələrinin monitorinq prosesinə başlanılır

11:28, 27.10.2026

 

Səhiyyə Nazirliyinin məlumatına əsasən, pul təzminatı ilə təminat proqramı çərçivəsində məcburi köçkün ailələrinin monitorinq prosesinə başlanılır.

İşğal altındakı ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Qiorqi Tsaqareişvili və Məcburi Köçkünlər Agentliyinin direktoru Davit Kaikatsişvili agentliyin monitorinq xidmətinin əməkdaşları ilə görüşüblər və onları təfərrüatlı təlimatla tanış ediblər.

İlkin mərhələdə, növbəliliyə uyğun olaraq, müraciətlərin qəbulunun ilk günündə daxil olan sənədlər işlənilib və yoxlanılması üçün Məcburi Köçkünlər Agentliyinin Monitorinq Xidmətinə təhvil verilib.

Bu gündən etibarən monitorinq qrupları bütün Gürcüstan miqyasında fəaliyyətə başlayırlar. Öyrənilmiş material qərar qəbul edilməsi üçün Məcburi Köçkünlərin Məsələlərini Öyrənən Komissiyaya təqdim olunacaq, bundan sonra da təzminatların verilməsi mərhələsi başlayacaq.

Paralel rejimdə proqrama qoşulmaq istəyən məcburi köçkün ailələrinin müraciətlərinin qəbulu noyabrın 2-i də daxil olmaqla davam edəcək. Cari ildə məcburi köçkünlərin pul təzminatı ilə təmin edilməsi üçün 58 milyon lari ayrılıb. Növbəti ildə proqram daha da aktiv rejimdə davam etdiriləcək.

Oxşar