Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzi tibb işçiləri, həkim-narkoloqlar və prosedur tibb bacıları üçün müsabiqə elan edib
Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzi tibb işçiləri, həkim-narkoloqlar və prosedur tibb bacıları üçün müsabiqə elan edib

 

Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzi tibb işçiləri, həkim-narkoloqlar və prosedur tibb bacıları üçün müsabiqə elan edib. Məlumatı Səhiyyə Nazirliyi yayır.

Qurumun rəhbəri Mixeil Sarcveladzenin bəyanatına əsasən, opioid əvəzedici terapiyanın özəl təminatçıları ilə işləmiş və fəaliyyətini dövlət təşkilatında davam etdirmək arzusu olan şəxslərə üstünlük veriləcək.

“Müsabiqə şərtlərinə əsasən, həkimlər və tibb bacıları aşağıdakı tələblərə cavab verməlidirlər:

Həkimlər üçün ixtisas tələbləri:

Ali tibb təhsili;

Narkologiya üzrə dövlət sertifikatı;

Narkoloq kimi 2 illik iş təcrübəsi;

2025-ci ilin aprelin 1-nə qədər toplanmış ən azı 20 FTT (fasiləsiz tibbi təhsil) balı;

Ofis proqramlarını bilmək;

Tibb bacıları üçün ixtisas tələbləri:

Peşəkar tibb təhsili;

Tibb bacısı kimi 1 illik iş təcrübəsi;

Kompüterlə işləmək təcrübəsi.

Sənədləri sentyabrın 15-i də daxil olmaqla, Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzində və ya onlayn olaraq [email protected] elektron poçtu ilə qəbul etmək olar. Müsabiqə haqqında əlavə məlumata keçiddə baxın https://mhpa.ge/%e1%83%a8%e1%83%9e%e1%83%a1-%e1%83%a4%e1%83%a1%e1%83%98%e1%83%a5%e1%83%98%e1%83%99%e1%83%a3%e1%83%a0%e1%83%98-%e1%83%af%e1%83%90%e1%83%9c%e1%83%9b%e1%83%a0%e1%83%97%e1%83%94%e1%83%9a%e1%83%9d/” – Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.