Prosessual Məsələlər və Qaydalar Komitəsi İrakli Beraianın parlament üzvü kimi səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi məsələsini müzakirə edib

12:22, 27.01.2025

 
Prosessual Məsələlər və Qaydalar Komitəsi İrakli (Daçi) Beraianın parlament üzvü kimi səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi məsələsini müzakirə edib.

Komitənin sədri Davit Matikaşvilinin bəyanatına əsasən, məsələ İrakli Beraia ədliyyə nazirinin müavini vəzifəsini tutduqdan sonra gündəliyə salınıb.

Gürcüstan Konstitusiyasına və Parlamentin Reqlamentinə uyğun olaraq, bu vəzifə parlament üzvü statusu ilə bir araya sığmır.

Komitə üzvləri rəy layihəsini dəstəkləyiblər.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.

Oxşar