Prosedur Məsələləri Komitəsi Qaxarianın partiyasının seçki siyahısının növbəti 12 üzvünün deputatlıq səlahiyyətinin tanınmasını dəstəkləyib
Prosedur Məsələləri Komitəsi Qaxarianın partiyasının seçki siyahısının növbəti 12 üzvünün deputatlıq səlahiyyətinin tanınmasını dəstəkləyib

 

“Qaxaria Gürcüstan Naminə” partiyasının 12 üzvünün deputatlıq səlahiyyətinə xitam verildikdən sonra Prosedur Məsələləri Komitəsinin bugünkü iclasında onların əvəzedicilərinin səlahiyyətinin tanınması ilə bağlı müzakirə aparıblar.

Komitə Qela Abuladze, Cemal Ananidze, Ketevan Bakaradze, Rusudan Tevzadze, Malxaz Toria, Şalva Kereselidze, Salome Kobaladze, Qiqa Parulava, Vika Pilpani, Qiorqi Şaraşidze, Tamar Xvedeliani və Sopio Xorquaninin parlament üzvü səlahiyyətinin tanınması haqqında rəy layihəsini dəstəkləyib. Rəy layihəsi baxılmaq üçün büroya ötürülüb.

Qiorqi Qaxaria və onun partiyasının 11 üzvü Teona Akubardia, Ana Buçukuri, Levan Qoqiçaişvili, Zaza Tavadze, Beka Liluaşvili, Natia Mezvrişvili, Berdia Sicinava, Kaxaber Kemoklidze, Roin Koçoraşvili, Dimitri Tskitişvili və Zviad Dzidziqurinin deputatlıq səlahiyyətinə iyulun 2-də iclasda xitam veriblər. “Gürcü Arzusu” Qaxarianın partiya üzvlərinin deputatlıq mandatına vaxtından əvvəl xitam verilməsinə səbəb kimi Gürcüstan Parlamentinin iclaslarına üzrlü səbəb olmadan gəlməmələrini göstərib.

“Qaxaria Gürcüstan Naminə” partiyası parlament siyahısını geri götürməyib. Məhz bunun əsasında parlament çıxarılmış üzvlərin əvəzedicilərinin səlahiyyətinin tanınması məsələsinə baxır.