Prosedur Komitəsi Bidzina İvanişvili, İrakli Ğaribaşvili və Mixeil Ğavelaşvilinin parlament üzvü səlahiyyətlərinə xitam verilməsini dəstəkləyib
Prosedur Məsələləri və Qaydalar Komitəsi üç deputatın səlahiyyət məsələsini müzakirə edib.
Bidzina İvanişvili, İrakli Ğaribaşvili və prezidentliyə namizəd olan Mixeil Ğavelaşvilinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir. Ümumilikdə, “Gürcü Arzusu”nun səkkiz deputatının mandatına vaxtından əvvəl xitam veriləcək.
Məlumat üçün bildirək ki, Prosedur Komitəsi İrakli Kobaxidze, Maka Bocorişvili, Davit Sonğulaşvili, Anri Oxanaşvili və Mariam Kvrivişvilinin səlahiyyətlərinə xitam verilməsi məsələsini artıq müzakirə edib. Prosedur Məsələləri və Qaydalar Komitəsinin qərarı parlamentin bürosuna təqdim edilir, sonra isə plenar iclasda səsə qoyulur.