Prokurorluğun məlumatına görə, Kiyevin Darnıtsk rayonunda bir nəfərin həlak olduğu partlayış hüquq-mühafizə orqanları tərəfindən terrorizm maddəsi ilə araşdırılacaq
Prokurorluğun məlumatına görə, Kiyevin Darnıtsk rayonunda bir nəfərin həlak olduğu partlayış hüquq-mühafizə orqanları tərəfindən terrorizm maddəsi ilə araşdırılacaq

Kiyevin Darnıtsk rayonunda baş vermiş və bir nəfərin ölümünə səbəb olmuş partlayış hüquq-mühafizə orqanları tərəfindən terrorizm maddəsi ilə araşdırılacaq. Məlumatı Kiyev Şəhər Prokurorluğu yayıb.

Prokurorluğun məlumatına görə, Kiyevdə iki partlayış təxminən saat 15:00 radələrində baş verib. Nəticədə bir nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Prokurorluq bildirir ki, ilk partlayış Milli Qvardiyanın iki əməkdaşı patrul xidməti apararkən baş verib. Partlayış zamanı onlardan biri həlak olub. Məlumata görə, ikinci partlayış polis və təcili tibbi yardım əməkdaşları artıq hadisə yerində olarkən baş verib.

Hazırda məlumdur ki, partlayış kustar üsulla hazırlanmış qurğu ilə törədilib.