Prokurorluğun məlumatına əsasən, Rustaveli prospektində quraşdırılmış 112-nin balansında olan müşahidə videokameralarına zərər vurmuş şəxs barəsində ittiham təqdim olunub
Prokurorluğun məlumatına əsasən, Rustaveli prospektində quraşdırılmış 112-nin balansında olan müşahidə videokameralarına zərər vurmuş şəxs barəsində ittiham təqdim olunub

 

Gürcüstan Prokurorluğu qrup halında başqasının əşyasına ziyan vurmaq faktı üzrə bir nəfər barəsində ittiham təqdim edib. Məlumatı prokurorluq yayır.

Qurumun məlumatında iş üzrə istintaqın davam etdiyi deyilir.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, dekabrın 4-də təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə Tbilisidə Rustaveli prospektində Fövqəladə Halların İdarəedilməsi Mərkəzi 112-nin balansında olan müşahidə videokameralarına zərər vurub və məhv edib. Bu, 7700 lari məbləğində ziyana səbəb olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi dekabrın 9-da saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “q” yarımbəndi (qrup halında özgənin əmlakına ziyan vurmaq, külli miqdarda zərərə səbəb olmaq) ilə ittiham təqdim olunub, bu da cəza növü və ölçüsü olaraq 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə Tbilisinin Şəhər Məhkəməsinə müraciət edəcək.

Cinayət işi üzrə istintaq davam edir” – prokurorluğun məlumatında qeyd olunub.