Prokurorluq yetkinlik yaşına çatmayan şəxsin şəxsi həyatının sirrini qanunsuz şəkildə əldə etmək, saxlamaq və yaymaq faktı üzrə bir nəfəri saxlayıb
Prokurorluq yetkinlik yaşına çatmayan şəxsin şəxsi həyatının sirrini qanunsuz şəkildə əldə etmək, saxlamaq və yaymaq faktı üzrə bir nəfəri saxlayıb

 

Gürcüstan Prokurorluğunun əməkdaşları yetkinlik yaşına çatmayan şəxsin şəxsi həyatının sirrini qanunsuz şəkildə əldə etmək, saxlamaq və yaymaq faktı üzrə bir nəfəri saxlayıblar.

Prokurorluğun məlumatına əsasən, Tbilisi Prokurorluğunun Şəxsi Həyata Müdaxiləyə Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs, onunla birlikdə yaşayan 12 yaşlı yetkinlik yaşına çatmamış ögey qızının yataq otağına gizli videoçəkiliş qurğusu quraşdırmaqla, onun şəxsi həyatının sirrini əks etdirən materialı qanunsuz şəkildə əldə edib, saxlayıb və yayıb.

“Prokurorluq müraciət daxil olan kimi istintaqa başlayıb, dərhal istintaq və prosessual hərəkətlər aparıb. Zərərçəkmiş və digər şahidlər dindirilib. Prokurorluğun əməkdaşları cinayəti ifşa edən dəlillərin olduğu elektron qurğuları götürüblər, bundan sonra da məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxsi saxlayıblar. Saxlanılan şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin 1-ci hissəsi (şəxsi həyatın sirrini qanunsuz olaraq əldə etmək, saxlamaq və yaymaq) ilə irəli sürülüb, bu isə 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – prokurorluğun məlumatında deyilir.