Prokurorluq yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş ailədaxili zorakılıq və məcburetmə faktı üzrə iki nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş ailədaxili zorakılıq və məcburetmə faktı üzrə iki nəfərə qarşı ittiham irəli sürüb. Məlumatı Gürcüstan Prokurorluğu yayır.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər – ana və nənə ailənin yetkinlik yaşına çatmayan üzvünə qarşı bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bədən xəsarətləri yetirməklə və cəzalandırmaq məqsədilə onu evi tərk etməməyə məcbur etməklə fiziki zorakılıq törədiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri aprelin 25-də saxlayıblar. Hər iki şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima maddəsinin 2-ci hissəsinin “a” və “d” yarımbəndləri ( Yetkinlik yaşına çatmayan şəxsə qarşı qrup şəklində törədilmiş ailədaxili zorakılıq) və 11-ci prima 150-ci maddənin 2-ci hissəsinin “a” və “b” yarımbəndləri (Yetkinlik yaşına çatmayan şəxsə qarşı qrup şəklində törədilmiş ailə üzvünü məcburetmə) ilə irəli sürülüb, bu isə cəza növü və ölçüsü olaraq 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə artıq məhkəməyə müraciət edib. Daxili İşlər Nazirliyində cinayət işi üzrə istintaq davam edir” – prokurorluğun məlumatında qeyd olunub.