Prokurorluq yenidoğulmuş körpəni qəsdən öldürməyə cəhd faktı üzrə anaya ittiham irəli sürüb
Prokurorluq yenidoğulmuş körpəni qəsdən öldürməyə cəhd faktı üzrə anaya ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu yenidoğulmuş körpəni qəsdən öldürməyə cəhd faktı üzrə anaya ittiham irəli sürüb.

İstintaq orqanının məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, 2026-cı ilin fevralın 22-də Batuminin klinikalarından birinin sanitar qovşağında klinikanın sanitar işçisi körpə dünyaya gətirib, bundan sonra da öldürmək niyyəti ilə yenidoğulmuş körpəyə bədənin müxtəlif nahiyələrindən həyati təhlükə yaradan xəsarətlər yetirib və onu tibbi tullantılar üçün nəzərdə tutulan polietilen torbaya qoyub.

“Yenidoğulmuş körpə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi həmin gün saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 19.112-ci maddəsi (ana tərəfindən yenidoğulmuş körpənin qəsdən öldürülməsinə cəhd) ilə ittiham irəli sürülüb.

Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs cəzası seçib.

Cinayət işi üzrə istintaq davam edir” – məlumatda qeyd olunub.