Prokurorluq yeni cinayət işi üzrə Mamuka Xazaradze və Badri Caparidze barəsində qətimkan tədbiri kimi girov tələb edəcək

15:17, 06.11.2025

 

Prokurorluq yeni cinayət işi üzrə Mamuka Xazaradze və Badri Caparidze barəsində qətimkan tədbiri kimi girov tələb edəcək – bu haqda Gürcüstanın Prokurorluğunda keçirilən brifinqdə baş prokuror Qiorqi Qvarakidze bildirib.

“Keçirilən istintaq nəticəsində əldə edilən dəlillər əsasında, Mixeil Saakaşviliyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə – Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişməyə və ya dövlət hakimiyyətini devirməyə çağırış faktı ilə; Zurab Qirçi Caparidze və Qiorqi Vaşadzeyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi və 319-cu maddəsi ilə – sabotaj və xarici dövlətə düşmənçilik fəaliyyətində yardım faktı ilə; Elene Xoştariaya qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi, 319-cu maddəsi və 321-ci prima maddəsinin birinci hissəsi ilə – sabotaj, qeyd olunan cinayət üçün maddi resursların təmin edilməsi və xarici dövlətə düşmənçilik fəaliyyətində yardım faktı ilə; Nika Qvaramia, Nikanor Melia, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə – sabotaj faktı ilə irəli sürüləcək.

Prokurorluq Mamuka Xazaradze və Badri Caparidze barəsində qətimkan tədbiri kimi – girov, geridə qalan təqsirləndirilən şəxslər barəsində ilkin məhkəmə iclasının tarixinin müəyyən edilməsi tələbi ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – Qvarakidze bildirib.

Oxşar