Prokurorluq vəsatətlə məhkəməyə müraciət edir, təqsirləndirilən Nino Dataşvili barəsində seçilmiş həbs qətimkan tədbiri girovla əvəz edilsin
Gürcüstan Prokurorluğu təqsirləndirilən Nino Dataşvilinin sağlamlıq vəziyyətini nəzərə alaraq, məhkəməyə vəsatətlə müraciət edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri girovla əvəz edilsin – bu haqda prokurorluğun bəyanatında qeyd olunub.
Qurumun bəyanatına əsasən, ittiham tərəfi üçün məlum olduğu üzrə, təqsirləndirilən şəxs üzərində aparılan tibbi müayinələr nəticəsində onun cərrahi müdaxiləyə və sonrakı müalicəyə ehtiyacı olduğu təsdiqlənib.
“Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlə məhkəməyə bu gün müraciət edəcək” – bəyanatda qeyd olunub.