Prokurorluq Türkiyə Quru Qoşunlarının Komandanlığında "FETÖ"nün gizli strukturunun istintaqı çərçivəsində 22 şübhəlinin saxlanılmasına dair əmr verib
Prokurorluq Türkiyə Quru Qoşunlarının Komandanlığında "FETÖ"nün gizli strukturunun istintaqı çərçivəsində 22 şübhəlinin saxlanılmasına dair əmr verib

 

Prokurorluq Türkiyə Quru Qoşunlarının Komandanlığında “FETÖ”nün gizli strukturunun istintaqı çərçivəsində 22 şübhəlinin saxlanılmasına dair əmr verib. Bu haqda məlumatı türk mediası yayır.

Medianın məlumatına əsasən, şübhəlilərin Ankarada köşklər, ərzaq mağazaları və bazarlar kimi iş yerlərində yerləşən əvvəlcədən ödənilmiş telefonlardan istifadə etməklə təşkilatın dırnaqarası “gizli imamları” ilə ünsiyyət qurduqları müəyyən edilib.

Bu kontekstdə, Baş Prokurorluq 8 aktiv hərbi qulluqçu, təqaüdə çıxmış 6 əsgər, əvvəllər tərxis olunmuş 4 əsgər, 3 aktiv dövlət qulluqçusu və 1 özəl sektorun əməkdaşı da daxil olmaqla 22 nəfərin tutulmasına dair order çıxarıb.

Medianın yazdığı kimi, Ankara Polis Departamentinin qrupları şübhəlilərin eyni vaxtda doqquz əyalətdə saxlanılması prosesini davam etdirirlər.