Prokurorluq - "Ti-Bi-Si" Bankın aktivliklərində açıq şəkildə pulun yuyulması və digər qanuna qarşı hərəkətlər aşkarlandı
“Ti-Bi-Si” Bankın aktivliklərində açıq şəkildə pulun yuyulması və digər qanuna qarşı hərəkətlər aşkarlandı – bu barədə bəyanatı baş Prokurorluqda keçirilən brifinqdə prokuror Salome Çikobava verdi.
“Milli Bank öz kompetensiyası çərçivəsində məsələyi öyrəndi və müvafiq reaksiya verdi.
Gürcüstan prokurorluğu isə, 2018-ci ilin avqustun 2-də, qeyri-qanuni gəlirlərin leqalizasiyası faktı ilə bağlı, istintaqa başladı.
İstintaq nəticəsində məlum oldu ki, 2008-ci ilin aprel və may aylarında MMC “Samqori Treid” və “Samqori M”, “Ti-Bi-Si Bank”-dan, gərəkən təminat təqdim edilmədən 17 milyon ABŞ dollarına qədər kredit götürdülər.
2008-ci ilin sonunda isə, “Ti-Bi-Si bank” qeyd olunan şirkətlər tərəfindən ödəniləcək olan kredit borcunu vaxtından əvvəl sildi.
İstintaq çərçivəsində, “Ti-Bi-Si Bankın” sahibi və digər şəxslər sorğulanacaqlar” – deyilir prokuroluğun bəyanatında.