Prokurorluq tərəfindən Parlamentə təqdim edilən illik hesabata əsasən, ötən il 25 086 şəxs barəsində cinayət təqibinə başlanılıb, onlardan da 588-i yetkinlik yaşına çatmayandır
Gürcüstan Prokurorluğu ötən il 25 086 şəxs barəsində cinayət təqibinə başlayıb ki, onlardan da 588-i yetkinlik yaşına çatmayandır. Prokurorluq tərəfindən Parlamentə təqdim edilən illik hesabatda prokurorun 23 582 şəxs barəsində qətimkan tədbirinin seçilməsini tələb etdiyi, onlardan 35.1%-nin həbs, 64.9%-nin isə qeyri-həbs olduğu qeyd olunub.
Qurumun izahatına əsasən, ən çox yayılan cinayətlər üzrə cinayət təqibi belə olub: dələduzluq – 655 fakt, oğurluq – 3733, narkotiklə bağlı cinayətlər – 6122, məişət cinayətləri – 4585, hədə-qorxu gəlmə – 2477.
Prokurorluğun məlumatına əsasən, 3 404 nəfər cinayət məsuliyyətindən şərti olaraq azad edilib, o cümlədən onlardan 581-i yetkinlik yaşına çatmayandır. İttiham hökmü isə 20 922 şəxs barəsində çıxarılıb ki, onlardan da 86.5 faizi ilə prosessual razılaşma bağlanıb.
Qurumun məlumatına əsasən, 17 209 nəfərə zərərçəkmiş statusu verilib, 4952 nəfərə şahid və zərərçəkmiş koordinatoru tərəfindən yardım göstərilib.
Prokurorluq hesabatda neçə nəfər ilə proses razılaşmasının bağlanması haqda da danışır. Onların məlumatına əsasən, 18 089 nəfər ilə proses razılaşması bağlanıb, zərərçəkənlərə 138 milyon laridən çox ziyan ödənilib.
İstintaq orqanının hesabatında müsadirə olunmuş əmlakdan da bəhs olunur. Deyilir ki, 91 milyon laridən çox dəyərində əmlak Cinayət Məcəlləsinin 52-ci maddəsi əsasında müsadirə edilib.
Yuxarıda qeyd olunanlardan başqa, hesabatda o da qeyd olunur ki, prokurorluq xarici ölkələrdən hüquqi yardım göstərilməsi barədə 1829 vəsatət qəbul edib, elektron kargüzarlıq proqramında 128 282 sənəd qeydiyyata alınıb və kağız daşıyıcıda 18 346 məktub göndərilib.