Prokurorluq Texniki Universitetin rektorunun bəyanatı əsasında, universitetə məxsus külli miqdarda əmlakın mənimsənilməsi və israf edilməsi faktı üzrə istintaq başladıb
Gürcüstan Prokurorluğu Texniki Universitetin rektoru Davit Qurqenidzenin bəyanatı əsasında, qulluq mövqeyindən istifadə etməklə Gürcüstan Texniki Universitetinə məxsus külli miqdarda əmlakın qanunazidd şəkildə mənimsənilməsi və israf edilməsi faktı üzrə istintaq başladıb.
Bu haqda bəyanatı Gürcüstan Prokurorluğu yayır.
Onların məlumatına əsasən, Texniki Universitetin rektoru cari ilin oktyabrın 17-də prokurorluğa bəyanatla müraciət edib, bəyanatda Gürcüstan Texniki Universitetinin istifadəsində və mülkiyyətində olan, Tbilisidə Kostava küçəsi №77 ünvanında yerləşən daşınmaz əmlakın (torpaq sahələrinin, həmin sahələrdəki bina-tikililərin və idman meydançalarının) MMC “Gürcüstan Universiteti”nin qanunsuz özəlləşdirilməsi faktlarına işarə edirdi.
“Gürcüstan Baş Prokurorluğunun Korrupsiya Cinayətinə Qarşı Mübarizə Departamentində istintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci hissəsinin “d” yarımbəndi və üçüncü hissəsinin “b” yarımbəndi ilə oktyabrın 24-də başladılıb. İstintaqın gedişi və müvafiq hüquqi qiymətləndirmələr haqda ictimaiyyətə vaxtaşırı məlumat verəcəyik” – Gürcüstan Prokurorluğunun bəyanatında deyilir.