Prokurorluq Tedo Abramovun təqsirsiz hesab edilməsi haqqında qərardan Tbilisinin Apellyasiya Məhkəməsinə şikayət edəcək
Gürcüstan Prokurorluğu Tbilisi Şəhər Məhkəməsinin təqsirləndirilən şəxsi xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi-saxlanılmasında təqsirsiz hesab etməsi qərarından apellyasiya qaydası ilə şikayət edəcək.
Prokurorluğun məlumatına əsasən, qurum motivasiya hissəsini təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə məhkəmənin hökmündən şikayət edəcək.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2024-cü ilin dekabrın 7-də saxlayıblar. Ona qarşı ittiham xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi-saxlanılması faktı üzrə irəli sürülüb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz şəkildə ümumi çəkisi 4,41548 qram olan “MDMA” (3,4 – metilendioksimetamfetamin) narkotik vasitəsini əldə edib və saxlayıb.
Cinayət işi üzrə əldə edilmiş sübutlar Tbilisi Şəhər Məhkəməsində tam tədqiq edilib. Buna baxmayaraq, məhkəmə ittiham tərəfinin tədqiq etdiyi sübutları bölüşməyib, təqsirləndirilən şəxsi ittiham üzrə təqsirsiz hesab edib və onu həbsdən azad edib.
Gürcüstan Prokurorluğu Tbilisi Şəhər Məhkəməsinin hökmündən motivasiya hissəsini təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə Tbilisinin Apellyasiya Məhkəməsinə şikayət edəcək” – prokurorluğun məlumatında deyilir.