Prokurorluq şəxsi həyatın gizliliyinin qanunsuz saxlanması və yayılması faktları üzrə bir nəfəri saxlayıb

 

Gürcüstan Prokurorluğunun əməkdaşları şəxsi həyatın gizliliyinin qanunsuz saxlanması və yayılması faktları üzrə bir nəfəri saxlayıblar.

Prokurorluğun məlumatına əsasən, Qərbi Gürcüstanın Regional Prokurorluğu tərəfindən aparılan istintaqla müəyyən olunub ki, saxlanılan şəxs zərərçəkmişin şəxsi həyatının gizliliyini əks etdirən məlumatı qanunsuz olaraq saxlamış və həmin məlumatın yayılması ilə hədələyərək, eyni məzmunlu fotoşəkilləri yenidən göndərməyə məcbur edib. Təqsirləndirilən şəxsi sentyabrın 9-da saxlayıblar.

“Saxlanılan şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi (şəxsi həyatın gizliliyinin qanunsuz saxlanması və istifadəsi) ilə irəli sürülüb, bu isə cəzanın növü və tədbiri kimi 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluq, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vasitəçiliklə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək. Cəmiyyətə xatırladırıq ki, Gürcüstan Prokurorluğu oxşar cinayəti törədən şəxslərə qarşı sərt cinayət-hüquq siyasəti aparır” – Gürcüstan Prokurorluğunun məlumatında deyilir.