Prokurorluq şəxsi həyatı əks etdirən məlumatın yayılması təhdidi ilə cinsi əlaqəyə girməyə məcburetmə faktı üzrə bir nəfəri saxlayıb
Gürcüstan Prokurorluğu şəxsi həyatı əks etdirən məlumatın yayılması təhdidi ilə cinsi əlaqəyə girməyə məcburetmə faktı üzrə bir nəfəri saxlayıb.
Sameqrelo-Zemo Svaneti Regional Prokurorluğu tərəfindən aparılan istintaqla müəyyən edilib ki, saxlanılan şəxs şəxsi həyatı əks etdirən məlumatın yayılması təhdidi ilə zərərçəkmişi onunla cinsi əlaqəyə girməyə məcbur edib.
Saxlanılan şəxsə ittiham Gürcüstan Cinayət Məcəlləsinin 139-cu maddəsinin 1-ci hissəsi (şəxsi həyatı əks etdirən məlumatın yayılması təhdidi ilə törədilən şəxsin bədəninə cinsi müdaxiləyə məcburetmə) ilə irəli sürüləcək, bu da cəzanın növü və ölçüsü olaraq 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.
Məlumatı Gürcüstan Prokurorluğu yayır.