Prokurorluq saxta vergi sənədinin hazırlanması və işə keçirilməsi faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb
Prokurorluq saxta vergi sənədinin hazırlanması və işə keçirilməsi faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb. Məlumatı Gürcüstan Prokurorluğu yayır.
Qurumun məlumatına əsasən, təqsirləndirilən şəxs Saqarecoda faktiki
idarə etdiyi müəssisənin adından 11 700 lari dəyərindəki tikinti materialının guya çatdırılmasını əks etdirən saxta qaimə-faktura hazırlayıb və 2500 lari qarşılığında işə keçirib.
“Saxlanılan şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin 1-ci hissəsi (Saxta vergi sənədinin hazırlanması və işə keçirilməsi) ilə irəli sürülüb, bu da cəza növü və tədbiri kimi 4 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə artıq müraciət edib” – Prokurorluğun bəyanatında deyilir.