Prokurorluq - Sabotaj cəhdi, dövlət maraqlarına ziyan vurmaq məqsədi ilə xaricin nəzarətində olan təşkilata düşmənçilik fəaliyyətində yardım göstərmək faktları üzrə istintaq başlayıb
Gürcüstan Prokurorluğunun məlumatına əsasən, Baş Prokurorluğun istintaq hissəsində fevralın 8-də ağırlaşdırıcı hallarda sabotaj, sabotaj cəhdi və Gürcüstanın dövlət maraqlarına ziyan vurmaq məqsədi ilə xarici təşkilat və xaricin nəzarətində olan təşkilata düşmənçilik fəaliyyətində yardım göstərmək faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi, 19, 318-ci maddəsinin 2-ci hissəsi və 319-cu maddələri ilə başladılıb.
Prokurorluğun bəyanatında qeyd edildiyi kimi, cinayət cəza olaraq beş ildən on ilədək və yeddi ildən on beş ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Vahid Neytral Gürcüstan” ictimai hərəkatının nümayəndələri tərəfindən Gürcüstan Baş Prokurorluğuna təqdim edilmiş ərizə cinayət işi üzrə istintaqın başladılmasında əsas olub, ərizədə onlar son illərdə və xüsusən də son dövrlərdə ölkədə inkişaf edən hadisələrlə bağlı daxili və ya xarici oyunçuların hərəkətlərində Gürcüstan dövlətinə qarşı yönəlmiş və Gürcüstanın konstitusiya quruluşunu və təhlükəsizlik əsaslarını təhdid edən hərəkətlərin birliyinin göründüyünə ehyam vurur və qeyd edirdilər.
Müvafiq tədbirlərin səmərəli həyata keçirilməsi və hərtərəfli, tam və obyektiv istintaqın aparılması məqsədi ilə Gürcüstan Baş Prokurorluğunun istintaq bölməsi ilə yanaşı, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq bölmələri istintaq qrupuna qoşulub, istintaqın gedişatı və müvafiq hüquqi qiymət ilə bağlı vaxtaşırı ictimaiyyətə məlumat verəcəyik” – Prokurorluğun bəyanatında qeyd olunub.