Prokurorluq sabotaj işi üzrə Qiorqi Vaşadze barəsində 30 000 lari məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb edir
Tbilisi Şəhər Məhkəməsi “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze barəsində sabotaj işi üzrə qətimkan tədbirinin seçilməsinə baxır.
Sabotaj və xarici ölkəyə düşmənçilik fəaliyyətində kömək etmək barədə ittihamdan söz gedir.
Prokurorluq Qiorqi Vaşadze barəsində 30 000 lari məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb edir. Həmçinin, ittiham tərəfi Vaşadzenin pasportu və şəxsiyyət vəsiqəsinin müsadirə olunmasını və istintaq orqanına təhvil verilməsini tələb edir.
Qiorqi Vaşadzenin özü də məhkəmə prosesində iştirak edir.
Vaşadze işdə ona qarşı heç bir dəlil olmadığını bildirib. Qiorqi Vaşadze işi siyasi motivli adlandırır.
Xatırladaq ki, Baş Prokurorluq noyabrda Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nika Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başladıb. Qiorqi Vaşadzeyə qarşı sabotaj (318-ci maddənin birinci hissəsi) və xarici ölkəyə düşmənçilik fəaliyyətində kömək etmək (319-cu maddə) maddələri ilə istintaq başladılıb.