Prokurorluq - Rustaveli prospektində aksiya zamanı odlu silahla olan şəxsə qarşı odlu silahın qanunazidd şəkildə əldə edilməsi-saxlanması ittihamı irəli sürülüb
Gürcüstan Prokurorluğu odlu silahın qanunazidd şəkildə əldə edilməsi-saxlanması faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb.
Prokurorluğun məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxsin odlu silahı qanunazidd şəkildə əldə etməsi və saxlaması müəyyən edilib. Saxlanılan şəxsin yaşadığı evdə axtarış zamanı 22 ədəd müxtəlif növ odlu silah və 810 ədəd patron götürülüb, müvafiq ekspertizalar təyin edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2025-ci ilin sentyabrın 2-də Rustaveli prospektində saxlayıblar. Ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 1-ci hissəsi (ov silahının qanunazidd şəkildə əldə edilməsi və ya saxlanılması) ilə irəli sürülüb.
“Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə Tbilisi Şəhər Məhkəməsinə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – Prokurorluğun məlumatında deyilir.