Prokurorluq Qriqol Liluaşvilini saxlayıb
Prokurorluq Qriqol Liluaşvilini saxlayıb

 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili saxlanılıb.

Baş prokuror Qiorqi Qvarakidze bu haqda Gürcüstanın Prokurorluğunda keçirilən brifinqdə bəyan edib.

Liluaşvilini bir neçə epizodda ittiham edirlər. Bunların arasında rüşvət almaq və dırnaqarası zəng mərkəzləri var.

Qriqol Liluaşviliyə ittiham Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “q” yarımbəndi və üçüncü hissəsinin “e” yarımbəndi ilə irəli sürülüb, bu, qabaqcadan əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət almaq deməkdir və cəza şəklində 11 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq qətimkan tədbiri olaraq həbs tələb edir.