Prokurorluq - Qriqol Liluaşvili sahibkarlıq subyektlərindən dırnaqarası “otkatlar” alan Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin sabiq direktoru Kaxa Qvantseladzeni rüşvət müqabilində himayə edib
Prokurorluq - Qriqol Liluaşvili sahibkarlıq subyektlərindən dırnaqarası “otkatlar” alan Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin sabiq direktoru Kaxa Qvantseladzeni rüşvət müqabilində himayə edib

 

Prokurorluğun məlumatına əsasən, Qriqol Liluaşvili öz qulluq mövqeyindən istifadə etməklə, rüşvət almaq müqabilində, Tbilisinin Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin sabiq direktoru Kaxa Qvantseladzeni himayə edib.

İstintaq orqanının məlumatına əsasən, qeyd olunan cinayət sxemi Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşviliyə ittihamın irəli sürüldüyü epizodlardan biridir.

“Qriqol Liluaşvili uşaq bağçaları tərəfindən həyata keçiriləcək satınalmalar üzrə müqavilələrin bağlanmasında sahibkarlıq subyektlərindən rüşvət şəklində xüsusilə külli miqdarda vəsait, dırnaqarası “otkatlar” alan dostu, Tbilisi Meriyasının Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin sabiq direktoru Kaxa Qvantseladzeni öz qulluq mövqeyindən istifadə etməklə, rüşvət almaq müqabilində himayə edib” – məlumatda qeyd olunub.

İstintaq orqanının məlumatına əsasən, Liluaşvili-Qvantseladzenin bəhsi gedən cinayət sxeminə Kaxaber Qvantseladze agentliyin maliyyə uçotu və hesablamalarının, eləcə də monitorinqin əməkdaşlarını cəlb edib.

“Onların hamısı barəsində təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul edilib.

Cinayət işi üzrə yüzlərlə istintaq hərəkəti aparılıb, o cümlədən şahidlər dindirilib və onların ifadələri ilə də Qriqol Liluaşvili və digərləri tərəfindən cinayətin törədilməsi faktı təsdiqlənir. Həmçinin, cinayəti sübut edən müxtəlif maddi sübutlar, o cümlədən video və audio yazılar götürülüb” – məlumatda qeyd olunub.

Prokurorluq Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvilini bu gün saxlayıb. Liluaşvilini bir neçə epizodda ittiham edirlər.