Prokurorluq Qoridə baş vermiş yol-nəqliyyat hadisəsi faktı üzrə saxlanılan şəxsə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Qoridə ana və uşağının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi faktı üzrə saxlanılan şəxsə qarşı ittiham irəli sürüb.
Məlumatı Gürcüstan Prokurorluğu yayır.
Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, 2026-cı ilin iyulun 13-də, gecə saatlarında Qoridə avtomobili spirtli içkinin təsiri altında idarə edən təqsirləndirilən şəxs hərəkət təhlükəsizliyi qaydalarını pozaraq piyada gedən ana və uşağını vurub. Yol-nəqliyyat hadisəsi nəticəsində hər iki yaralı klinikada dünyasını dəyişib.
Gürcüstan Prokurorluğunun məlumatına əsasən, saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 9-cu hissəsi (alkoqolun təsiri altında avtomobilin hərəkət təhlükəsizliyi qaydasının pozulması, iki nəfərin ölümü ilə nəticələndikdə) ilə ittiham irəli sürülüb, bu da cəzanın növü olaraq 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarının seçilməsi barədə vəsatətlə məhkəməyə artıq müraciət edib.