Prokurorluq Qiorqi Mindadzenin azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı rəsmi məlumat və videomaterial yayır

 

Gürcüstan Prokurorluğu Qiorqi Mindadzenin azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı rəsmi məlumat və videomaterial yayır.

Prokurorluğun məlumatında deyildiyi kimi, Tbilisi Şəhər Məhkəməsi prokurorluq tərəfindən təqdim edilmiş sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi polislərə hücumda təqsirli bilib.

“Məhkəmə prosesində tədqiq edilən sübutlarla təsdiq olunub ki, 2024-cü ilin noyabrın 29-da Tbilisidə 9 Aprel küçəsində davam edən aksiya zamanı Q.M. ictimai asayişi qorumaq məqsədilə orada dayanan Xüsusi Tapşırıqlar Departamentin əməkdaşlarına pirotexnika atıb, pirotexnika hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin ayaq nahiyəsinə dəyib və yanıq xəsarəti alıb.

Təqsirləndirilən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 1-ci hissəsi ilə (polisin xidməti fəaliyyəti ilə əlaqədar olaraq polisə hücum) ittiham irəli sürülüb, bu isə cəza növü və ölçüsü olaraq 4 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülmüş ittiham üzrə tam təqsirli bilib və cəza növü və ölçüsü olaraq 5 il azadlıqdan məhrum etmə təyin edib” – qurumun məlumatında deyilir.