Prokurorluq nəticədə qadının həlak olması baş verən atəşin açılmasına görə polis işçisini yaxaladı
Tbilisi Prokurorluğu istintaq hissəsinin işçiləri, Gürcüstan Daxili İşlər Nazirliyi ilə birgə aparılan istintaq tədbirləri nəticəsində, T.A.-nın ehtiyatsızlıqdan həyatının məhv edilməsi faktı üzrə müttəhim şəklində Gürcüstan Daaxili İşlər Nazirliyinin əməkdaşını, S.Q.-nı yaxaladılar.
“İş üzrə aparılan istintaqla müəyyən olunur ki, sərhoş vəziyyətdə olan S.Q. öz yaşayış evinin eyvanından odlu silahdan istiqamətsiz atəş açdı. Atılan qüllə həndəvər korpusda yaşayan T.A.-nın baş nahiyyəsindən dəydi. Nəticədə qadın həlak oldu.
İş üzrə hadisə yerinin və ittiham olunanın yaşayış evinin yoxlanılması baş verdi”, – Prokuroluqda bəyan edirlər.
İstintaq idarəsinin məlumatına görə, ittiham olunanın yaşayış evinin yoxlanılması nəticəsində odlu silah aşkar edildi.
Elə onların məlumatına əsasən, S.Q. müqəssir qismində Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə yaxalanıb. Maddə ehtiyatsızlıqdan həyatın məhv edilməsini nəzərdə tutur.
Fakt dünən axşam, Vaja Pşavela prospektində baş verdi.