Prokurorluq – Murtaz Zodelava və Laşa Beridze törətdikləri cinayəti etiraf edib, peşman olduqlarını bildiriblər və prosessual sazişin bağlanması ilə bağlı prokurorluğa müraciət ediblər

16:50, 05.10.2026

Strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsinə cəhd, qrup zorakılığının təşkili, ona rəhbərlik və qrup zorakılığında iştirak, həmçinin Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə açıq şəkildə çağırış faktları üzrə məhkum edilmiş Murtaz Zodelava və Laşa Beridze törətdikləri cinayəti etiraf edib, peşman olduqlarını bildiriblər və prosessual sazişin bağlanması ilə bağlı müvafiq ərizələrlə prokurorluğa müraciət ediblər. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Qurumun məlumatına görə, ittiham tərəfinin bu məsələ ilə bağlı mövqeyi, yüksək ictimai maraq nəzərə alınaraq, qərar qəbul edilən kimi ictimaiyyətə açıqlanacaq.

Tbilisi Şəhər Məhkəməsinin hökmü ilə Murtaz Zodelava və Laşa Beridze irəli sürülmüş ittihamlar üzrə təqsirli bilinib və cəza olaraq hər birinə 7 il müddətinə azadlıqdan məhrumetmə müəyyən edilib.

Murtaz Zodelava və Laşa Beridze prosessual sazişlə bağlı bu gün keçirilən məhkəmə prosesində özləri müraciət ediblər.

Oxşar