Prokurorluq: Lazare Corbenadzenin işi üzrə intihar faktı tam şəkildə təsdiqlənib, buna baxmayaraq, açıq şəkildə verilmiş açıqlamalar əsasında bir neçə şəxs, o cümlədən İrakli Qaribaşvili dindiriləcək

10:24, 03.09.2026

2026-cı il aprelin 4-də Lazare Corbenadzenin intihar faktı ilə bağlı Daxili İşlər Nazirliyində aparılan istintaq çərçivəsində çoxsaylı istintaq və prosessual tədbirlər həyata keçirilib. Bu barədə Gürcüstan Prokurorluğunun yaydığı bəyanatda bildirilib.
Qurumun məlumatına görə, iş üzrə mərhumla əlaqəsi olan şəxslər, o cümlədən mərhumun ailə üzvləri və həyat yoldaşı dindirilib. Bunun əsasında hazırkı mərhələdə intihar faktı tam şəkildə təsdiqlənib.
“Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkum İrakli Qaribaşvili və digər şəxslər tərəfindən ictimaiyyətə açıqlanan bəyanatlar əsasında, Prokurorluğun nəzarəti altında Daxili İşlər Nazirliyində aparılan istintaq çərçivəsində Nika Qvaramiya; İrma İnqavaşvili; Nanuka Jorjoliani; Xatiya Dekanoidze; Tazo Datunaşvili; Gia Xuxaşvili; Giorgi Liluşvili; Zaza Davitaya; Ermile Nemsadze; Giorgi Gigauri dindiriləcəklər.
Həmin cinayət işi üzrə İrakli Qaribaşvili də dindiriləcək.
Yüksək ictimai marağı nəzərə alaraq, adıçəkilən şəxslərin dindirilməsinin nəticələri ilə bağlı, Lazare Corbenadzenin intihar faktına dair hər hansı yeni hallar məlum olarsa, ictimaiyyətə əlavə məlumat verəcəyik”, – Prokurorluğun bəyanatında qeyd olunur.

Oxşar