Prokurorluq külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək və saxlamaqda təqsirləndirilən şəxsin təqsirli hesab edilməməsi barədə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək
Prokurorluq külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək və saxlamaqda təqsirləndirilən şəxsin təqsirli hesab edilməməsi barədə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək

 

Gürcüstan Prokurorluğu külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək və saxlamaqda təqsirləndirilən şəxsin təqsirli hesab edilməməsi barədə Tbilisi Şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək. Bu barədə məlumatı prokurorluq yayır.

Qurumun məlumatına əsasən, prokurorluq motivasiya hissəsini təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə Tbilisi Şəhər Məhkəməsinin hökmündən Tbilisi Apellyasiya Məhkəməsinə şikayət verəcək.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2024-cü ilin dekabrın 8-də saxlayıblar. Ona qarşı ittiham xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması faktı üzrə irəli sürülüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq 3,73133 qram “Alphapevepe” (α-PVP) narkotik vasitəsini əldə edib və saxlayırdı.

Cinayət işi üzrə əldə edilmiş sübutlar Tbilisi Şəhər Məhkəməsində tam tədqiq edilib. Buna baxmayaraq, məhkəmə ittiham tərəfinin tədqiq etdiyi sübutları bölüşməyib, təqdim olunmuş ittiham üzrə təqsirləndirilən şəxsi təqsirli hesab etməyib və onu həbsdən azad edib” – prokurorluğun bəyanatında deyilir.