Prokurorluq - Konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya hakimiyyətin devrilməsinə çağırış etmək faktlarında ittiham olunan 64 nəfərə qarşı ittihamın dəqiqləşdirilməsi proseduru aparılır
Prokurorluğun məlumatına əsasən, 2025-ci ilin oktyabrın 4-də Tbilisidə yerli özünüidarəetmə seçkiləri zamanı strateji obyekti qrup halında ələ keçirməyə cəhd etmək, qrup halında zorakılıq təşkil etmək, ona rəhbərlik etmək və iştirak etmək, eləcə də Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış etmək faktlarında ittiham olunan 64 nəfərə qarşı ittihamın dəqiqləşdirilməsi proseduru aparılır.
İstintaq qurumunun məlumatına əsasən, 63 nəfərə qarşı ittiham yalnız formulasiya və cinayət əməlinin təsviri hissəsində dəqiqləşdirilir, tövsif dəyişmir. Təqsirləndirilən şəxslərdən biri – Nana Sanderə qarşı isə ittiham kvalifikasiya hissəsində dəqiqləşdirilir.
“Təqsirləndirilən şəxsə qarşı ittiham Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş əməllə (qrup halında zorakılığın təşkili) irəli sürülmüşdü, hazırda isə ittiham həm 225-ci maddənin 1-ci hissəsi, həm də 317-ci maddə (Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış etmək) ilə irəli sürüləcək. Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində cinayət işləri üzrə istintaq davam edir” – yayılmış məlumatda deyilir.