Prokurorluq xüusilə böyük miqdarda narkotik vasitəsinin qanunsuz əldə edilməsi-saxlanılması faktı üzrə biznesmen Qalib Öztürkə ittiham irəli sürdü
Prokurorluq xüusilə böyük miqdarda narkotik vasitəsinin qanunsuz əldə edilməsi-saxlanılması faktı üzrə biznesmen Qalib Öztürkə ittiham irəli sürdü

Prokurorluq xüusilə böyük miqdarda narkotik vasitəsinin qanunsuz əldə edilməsi-saxlanılması faktı üzrə biznesmen Qalib Öztürkə ittiham irəli sürdü.

“Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti mayın 31-də hakimin hökmü əsasında, Q.Ö.-nün Batumidəki mənzilində apardığı axtarışa əsasən, xüsusilə külli miqdarda vergidən yayınma, saxta hesablaşma sənədlərinin hazırlanması və çirkli pulların yuyulması ilə bağlı araşdırma nəticəsində xüsusilə külli miqdarda – 7,2159 qram kokain götürüldü.

Hüquqmühafizəçilər Q.Ö.-ü həmin gün yaxaladılar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi ilə ittiham irəli sürüldü”, – Prokurorluğun məlumatında deyilir.

Onların sözlərinə görə, Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində həbs-qətimkan tədbirinin tətbiqi barədə vəsatətlə Batumi Şəhər Məhkəməsinə müraciət edəcək.

İdarədən verilən məlumata görə, cinayət işi üzrə araşdırma davam etdirilir.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşları biznesmen Qalib Öztürkü 31 mayda yaxaladılar.