Prokurorluq xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı üzrə iki nəfərə ittiham irəli sürüb
Prokurorluq xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı üzrə iki nəfərə ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı üzrə iki nəfərə, o cümlədən bir xarici ölkə vətəndaşına ittiham irəli sürüb.

Gürcüstan Prokurorluğunun məlumatına əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxslərin “İslam Dövləti” terror təşkilatına qoşulduğu, onun liderinə sədaqət andı içdiyi və terror fəaliyyətinə kömək etmək üçün istənilən tapşırığı yerinə yetirməyə hazır olduqları müəyyən edilib. Aparılan istintaq hərəkətləri nəticəsində digər sübutlarla yanaşı, terror təşkilatının rəmzləri olan əşyalar götürülüb.

“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi (xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətində ona yardım etmə) ilə davam edir, bu da cəzanın növü və tədbiri kimi 17 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi vasitəçiliyi ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – məlumatda qeyd olunub.