Prokurorluq jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə və zorakılıq faktları ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstanın Prokurorluğu Qardabani Munisipalitetinin Martğopi kəndində baş vermiş jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə və onlara qarşı zorakılıq faktları ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.
“Aparılmış istintaqla müəyyən edilib ki, 2025-ci ilin mayın 12-də Qardabani Munisipalitetinin Martğopi kəndində təqsirləndirilən şəxs peşə fəaliyyətinə qanunsuz müdaxilə məqsədilə “Pirveli” teleşirkətinin jurnalisti və operatoruna qarşı fiziki təhqir törədib, onların kamera və telefonunu əllərindən alıb” – prokurorluqda bildirirlər.
Təqsirləndirilən şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima hissəsinin “q” yarımbəndi ilə (zərərçəkənin fiziki ağrı duymasına səbəb olan zorakılıq) və 154-cü maddənin birinci hissəsi ilə (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə, yəni məlumatı yaymaqdan çəkindirmək məqsədilə onu məcbur etmək) irəli sürülüb, bu isə cəzanın növü və miqdarı olaraq iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə artıq müraciət edib. Cinayət işi üzrə istintaq davam etdirilir” – prokurorluqda qeyd edirlər.