Prokurorluq heyvanlara qarşı qəddar rəftar faktları üzrə bir şəxsi ittiham edib
Prokurorluq heyvanlara qarşı qəddar rəftar faktları üzrə bir şəxsi ittiham edib

Prokurorluq heyvanlara qarşı qəddar rəftar nəticəsində onların ölümünə səbəb olan hərəkətlərə görə bir şəxsi ittiham edib.

Məlumatı Gürcüstan Prokurorluğu yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Qvareli şəhərində 31 oktyabr və 01 noyabr tarixlərində təqsirləndirilən şəxs iki iti xüsusi qəddarlıqla öldürüb.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin üçüncü hissəsi (heyvanın işgəncə ilə və ya ona qarşı xüsusi qəddarlıqla öldürülməsi – 2 epizod) ilə ittiham irəli sürülüb. Bu maddə beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur,” – deyə Prokurorluğun məlumatında bildirilir.

Qurum əlavə edir ki, Prokurorluq qanunla müəyyən olunmuş müddət ərzində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.