Prokurorluq Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbinin yerinə yetirilməməsi faktı üzrə Mamuka Xazaradzeyə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbinin yerinə yetirilməməsi faktı üzrə Mamuka Xazaradzeyə qarşı ittiham irəli sürüb. Bu haqda Gürcüstan Prokurorluğunun bəyanatında deyilir.
Gürcüstan Prokurorluğunun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs izahat verməsi üçün Gürcüstan Parlamentində yaradılmış 2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyasının martın 25-də keçirilən iclasına çağırılıbmış.
“Komissiya sədrinin imzası ilə müvafiq sənədin martın 22-də Mamuka Xazaradzeyə verilməsinə və Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının iclasına gəlmək öhdəliyi barədə məlumata malik olmasına, eləcə də iclasa gəlməməsi halında qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, o, üzrlü səbəb olmadan müvəqqəti istintaq komissiyasının iclasına gəlməyib, bu isə Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbinin yerinə yetirilməməsinə səbəb oldu. Mamuka Xazaradzeyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə irəli sürülüb. Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – Gürcüstan Prokurorluğunun bəyanatında deyilir.